Parlamentdə növbədənkənar iclas başladı
Parlamentdə növbədənkənar iclas başladı

Parlamentdə növbədənkənar iclas bir neçə dəqiqə bundan əvvəl başladı. İclası Parlamentin sədri, Kaxa Kuçava açdı.

Növbədənkənar iclas saat 12:00 üçün təyin edilmişdi, lakin səs küy və qarşıdurmaya görə, bu vaxta qədər başlamadı.

Daha dəqiq olaraq, müxalifət nümayəndələri Parlamentin sədri üçün ayrılan skamyanı tutdular və hökumətin istefasını tələb etdilər.

Xatırladaq ki, bu gün öncə Parlamentin girişində səs küy var idi. Media təşkilatlarının nümayəndələri deyirdilər ki, onları qanunvericilik orqanına buraxmırlar. Bununla yanaşı, Parlament qarşısında olan müxalifət nümayəndələri qeyd edirdilər ki, media təşkilatlarının nümayəndələrinə buraxılış vəsiqələri verilmişdi. Az sonra, səs küy və qarşıdurma Paramentin iclaslar salonunda müxalifət və çoxluq deputatları arasında davam etdi. Müxalifət nümayəndələri Parlamentin sədri üçün ayrılan skamyanı tutdular. Onların tələbidir ki, Parlament yalnız indi ictimaiyyəti ən çox maraqlandıran məsələləri müzakirə etsin və hökumətə etimadın elan edilməsi proseduru başalasın.