Parlamentdə müxalifətin bir hissəsi və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin görüşü keçirilir
Parlamentdə müxalifətin bir hissəsi və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin görüşü keçirilir

 

Qanunverici orqanda parlament müxalifətinin bir hissəsi və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin görüşü keçirilir.

Görüşdə “Lelo” və “Milli Hərəkat”ın nümayəndələri, o cümlədən müstəqil deputat Tamar Kordzaia iştirak edir.

Avropa Komissiyasının Gürcüstana verdiyi 12 tövsiyyə və onların icrası müzakirə mövzusudur.

Görüşün başlamasınadək müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri görüşdə növbədənkənar sessiyanın konkret gündəliyinin hazırlanmasının nəzərdə tutulduğunu qeyd ediblər. Onların mövqeyi növbədənkənar sessiyanın dərhal çağırılmasından və qanunlayihələrin müzakirə edilməli olmasından ibarətdir.