Parlamentdə “Müdafiə Məcəlləsi”nin müzakirəsi sabaha təxirə salınıb
Gürcüstan parlamentində “Müdafiə Məcəlləsi”nin müzakirəsi sabaha təxirə salınıb. Buna səbəb məsələnin müzakirəsinin sabah davam etməsinə dair müxalifətin bugünkü iclasda qaldırdığı məsələ olub.
Müxalifət nümayəndələri müdafiə nazirinin müavini Qriqol Qiorqadzenin onların suallarına cavab vermədiyini və onlara məhəl qoymadığını deyiblər.
Müxalifət bu məsələni qaldırdıqdan sonra iclasda bir neçə dəqiqəlik fasilə elan olunub. Fasilədən sonra isə parlamentin birinci vitse-spikeri Qia Volski iclasın təxirə salındığını elan edib.
Qia Volskinin qeyd etdiyi kimi, “Müdafiə Məcəlləsi”nin dövlət əhəmiyyətli bir məsələ olduğunu nəzərə alaraq, bu mövzuda “siyasi cinah” olmamalıdır və “siyasi təlatüm”ə yol verməmək üçün iclasın sabaha təxirə salınması daha yaxşı olardı.
Müxalifət nümayəndələri Qia Volskinin qərarını müsbət qiymətləndiriblər, çünki onlar “Müdafiə Məcəlləsi”nin birinci fəsli ilə bağlı yenidən sual vermək imkanlarının olub-olmayacağı ilə maraqlanıblar. Volski onlara izah etdi ki, sabah müzakirə yenidən birinci fəsildən başlayacaq.
Bununla yanaşı, müxalifətin bugünkü iddiasının başqa bir mövzusu da o olub ki, “Gürcü Arzusu” “Müdafiə Məcəlləsi”ni maddələrə görə deyil, fəsillərə görə müzakirə etmək qərarına gəlib. Müxalifət bu qərarı qeyri-adekvat hesab edib. Əksəriyyət üzvləri müxalifətə cavab olaraq bildirdilər ki, onların məqsədi qanun layihəsinin baxılmasına mane olmaq və prosesi gözdən salmaqdır.
Gürcüstan parlamenti mübahisəli müdafiə qanun layihəsinə ikinci oxunuşda müzakirə edir. Çoxluq üzvləri layihə qəbul olunana qədər dəyişikliklərlə bağlı müzakirələrin davam edəcəyini deyirlər.