Parlamentdə "Müdafiə Məcəlləsi"nin müzakirəsi aparılır
Parlamentdə "Müdafiə Məcəlləsi"nin müzakirəsi aparılır

 

Parlamentdə “Müdafiə Məcəlləsi”nin müzakirəsi aparılır, məcəlləni müdafiə nazirinin müavini Qriqol Qiorqadze təqdim edəcək.

O, məcəllənin müzakirəsinə qeyri-hökumət təşkilatları, dövlət qurumları, deputatların cəlb olunacağını bildirib.

“Qeyd etmək istərdim ki, bu məcəllənin müzakirəsi artıq bir neçə ildir maraqlı tərəflərlə-qeyri-hökumət təşkilatları, dövlət qurumları, deputatlar və s. aparılır. Mən fəxrlə qeyd etmək istərdim ki, bu, Gürcü Müdafiə Məcəlləsidir. Kimsə etiraz edirsə, başa düşmək olar, amma bu məsələ ilə bağlı olmalıdır. Biz indiyədək heç bir əsaslandırılmış, məsələ ilə bağlı iddia eşitməmişik, beləliklə böyük məmnuniyyətlə gürcü ordusunun gücləndirilməsinə, gürcü ordusunun NATO və Avropa İttifaqına inteqrasiya prosesinin asanlaşdırılmasına yönəlmiş müdafiə məcəlləsini təqdim edirik. Gürcü hərbçilərinin sosial müdafiəsi istiqamətində. Bu müdafiə məcəlləsinin bütün mahiyyəti budur, biz çox çalışmışıq. Mən Gürcüstan parlamentinə minnətdarlığımı bildirmək və məmnuniyyətlə bu iş nəticəsində bu gün bu layihəni sizə təqdim etmək istərdim “- deyə Qiorqadze açıqlayıb.