Parlamentdə xaricdə distant formada alınan ali təhsilin tanınması və müxtəlif proqramlara tələbə qəbulu məsələlərini özündə əks etdirən qanunvericilik dəyişikliklərinin təşəbbüsü irəli sürülüb
Xaricdə distant formada alınan ali təhsilin tanınması ilə bağlı yeni qanunvericilik dəyişiklikləri hazırlanıb.
Büronun dünənki iclasında “Ali təhsil haqqında” qanuna hazırlanan dəyişikliklərinin təşəbbüsü irəli sürülüb.
Dəyişikliklərlə, Gürcüstan vətəndaşı xarici ölkədə distant formada təhsil aldığı təqdirdə, əgər xaricdə distant formada aldığı təhsil Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydalarla tanınarsa və ümumi magistratura imtahanında və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş imtahanlarda minimal həddi müvəffəqiyyətlə keçərsə Gürcüstanın ali təhsil müəssisəsinin magistraturasında təhsilini davam etdirmək hüququ qazanacaq.
Layihəyə əsasən, bakalavriat, müəllim hazırlığı üzrə inteqrasiya olunmuş bakalavr-magistraturaya, baytarlıq inteqrasiyalı magistraturaya, diplomlu tibb işçisi /stomatoloq ixtisası üzrə təhsil proqramına, eləcə də magistratura təhsil proqramına tələbə qəbulu üçün əsaslara düzəliş ediləcək.
Konkret olaraq, layihəyə əsasən, abituriyentlərin və tələbə mobilliyinin təşviqi məqsədilə, nazirlik tərəfindən müəyyən edilmiş müddətdə xaricdə yaşayan, təhsil alan və bu ölkənin qanunvericiliyinə uyğun olaraq tanınmış ali təhsil müəssisəsində kredit/ixtisas almış Gürcüstan vətəndaşlarına ali təhsil müəssisəsində vahid milli imtahan vermədən, nazirlik tərəfindən müəyyən edilmiş qaydada və müddətdə təhsil almağa icazə veriləcək.