Gürcüstan Parlamentinin İnsan Haqqları Müdafiəsi Komitəsi çərivəsində, Xalq Müdafiəçisi Nino Lomcariya və Ədliyyə naziri Tea Sulukianini dinləyəcəklər. Komitə iclası bu günə təyin olunub.
İclasda müzakirə mövzusu penitensial müəssisələrdə mövcud durum olacaq. Nino Lomcariya N2, N8, N14 və N15 penitensial müəssisələrində Xalq Müdafiəçisinin xüsusi prevensial qrupu tərəfindən həyata keçirilmiş monitorinq nəticələri üzrə hazırlanmış hesabatı təqdim edəcək. Az sonra isə, hesabatda əks olunmuş məsələlər barəsində Tea Sulukiani söhbət edəcək.
Gürcüstan Parlamentinin İnsan Haqqları Müdafiəsi Komitəsinin sədri, Sopo Kiladzenin dediyinə görə, deputatlar üçün önəmlidir ki, bütün məsələlərin müzakirəsi baş versin və mövcud suallar cavablandırılsın.