Parlamentdə insan hüquqlarının müdafiəsi üzrə milli strategiya ilə bağlı sənədin hazırlanması məsələsi müzakirə olunub
Parlamentdə insan hüquqlarının müdafiəsi üzrə milli strategiya ilə bağlı sənədin hazırlanması məsələsi müzakirə olunub

 

Gürcüstan parlamentində insan hüquqlarının müdafiəsi üzrə milli strategiya ilə bağlı sənədin hazırlanması məsələsi müzakirə olunub. Müzakirələrdə deputatlarla birlikdə üçüncü sektorun və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Sənəd 2022-2030-cu illərdə insan hüquqlarının müdafiəsi istiqamətində dövlətin baxışını müəyyən edir.

Bununla yanaşı, müxtəlif beynəlxalq təşkilatlarla birlikdə BMT-nin İnkişaf Proqramı (UNDP) prosesdə iştirak edir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin iclas başlamazdan əvvəl qeyd etdiyi kimi, dövlət insan hüquqlarının müdafiəsini təmin etməyə borcludur və bu öhdəliyin müdafiəsini layiqincə yerinə yetirir.

“Beynəlxalq İnsan Hüquqları Günündə bütün dövlət qurumlarının bu günün əhəmiyyəti barədə xüsusilə düşünməsi vacibdir. Dövlət insan hüquqlarının müdafiəsini təmin etməyə borcludur və dövlətimiz bu öhdəliyin müdafiəsini layiqincə yerinə yetirir. Bunu hökumətin təsdiqlədiyi və müzakirə edilməsi üçün parlamentə təqdim etdiyi “2022-2030-cu illər üçün Gürcüstanın İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Strategiyası” sənədi sübut edir. Ölkəmizin gələcək illərdə insan hüquqlarının müdafiəsi baxımından institutları necə gücləndirəcəyimiz barədə sistemli yanaşmanın olması vacibdir. Fikrimcə, bu baxımdan bu strategiya önəmli addım olacaq”- deyə Şalva Papuaşvili açıqlayıb.