Parlamentdə İliya Darçiaşvilinin interpelasiya qaydası ilə dinlənilməsi təxirə salındı
Parlamentdə İliya Darçiaşvilinin interpelasiya qaydası ilə dinlənilməsi təxirə salındı

Gürcüstan Parlamentinin plenar iclasında, 18 noyabrda, sağlamlıq vəziyyətinə görə, Xarici İşlər naziri, İliya Darçiaşvilinin interpelasiya qaydası ilə dinlənilməsi təxirə salındı. Bu barədə büronun bugünki iclasında məlum oldu.

Bundan irəli gələrək, cümə günü deputatlar baş nazir İrakli Ğaribaşvilini və Təhsil və Elm naziri Mixeil Çxenkelini dinləyəcəklər.

“İnterpelasiya qaydası ilə üç nazir çağırılmışdı. Xarici İşlər naziri təəssüflər ki, sağlamlıq vəziyyəti səbəbindən iştirak edə bilmir. Buna görə, bu qərar ləğv olunmalıdır və reqlamentlə nəzərdə tutulan qaydalara qayıtmalıdır”, – büro spikeri, David Sergeenko bəyan etdi.