Gürcüstan parlamentində iki yeni fraksiya yaradılacaq.
Gürcüstanın Birinci Kanalının məlumatına görə, ayrı-ayrı fraksiyaları Tamar Çuqoşvili və Zviad Dzidziquri yaradacaqlar.
Mövcud olan məlumata görə, Zviad Dzidziquri əksəriyyətdə olan deputatlarla konsultasiyalar keçirir.
Tamar Çuqoşvili isə, yeni fraksiyayı, keçən həftə parlamentdəki vəzifələrini tərk edən deputatlarla bərabər yaratmağı planlayır.
Reqlamentə görə, fraksiyanın yaradılması üçün altı deputat lazımdır.
Xatırladaq ki, keçən həftə 12 deputat parlament vəzifəsini tərk etdi.
Onların etirazının səbəbi isə, proporsiyonal seçki sisteminə keçiş ilə bağlı konstitusiya layihəsinin səs vermədən sonra batması oldu.
Vəzifələrini tərk edən deputatlar rəsmi olaraq, büroya dünən müraciət etdilər.