Parlamentdə Gürcüstan-Avropa İttifaqı Parlament Assosiasiyası Komitəsinin on birinci iclası keçirilib
Parlamentdə Gürcüstan-Avropa İttifaqı Parlament Assosiasiyası Komitəsinin on birinci iclası keçirilib

 

Gürcüstan-Avropa İttifaqı Parlament Assosiasiyası Komitəsinin on birinci sessiyası Gürcüstan Parlamentinin və Avropa Parlamentinin daimi nümayəndə heyətlərinin iştirakı ilə Parlament Assosiasiyası Komitəsinin həmsədrləri Maka Bochorişvili və Marina Kaliurandın açılış nitqi ilə başladı.

“Aİ Şurasının 2022-ci ilin iyunun 24-də qəbul etdiyi tarixi qərardan sonra Gürcüstan-Aİ münasibətləri yeni mərhələyə keçdi. Ölkəyə verilən Avropa perspektivi, bir tərəfdən, bizim Avropa gələcəyimizi təmin etmək şansıdır, digər tərəfdən, həm gürcü siyasi spektri, həm də gürcü cəmiyyəti üçün bir növ sınaqdır. Bundan irəli gələrək, Gürcüstanın bu tarixi fürsəti əldən verməməsi və Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini dönməz yola salmaq üçün hər şeyi etmək vacibdir” – deyə iclasın həmsədri Maka Bochorişvili bildirib.

İclasın həmsədri Marina Kaliurand qonaqlara salamlama nitqi ilə müraciət edib.

“Avropa İttifaqı Gürcüstanın Avropa perspektivini rəsmən tanıyıb. Bu qərar bizim münasibətlərimizdə tarixi bir an oldu. Avropa İttifaqı həmçinin, Gürcüstanın bir sıra çətin islahatlar həyata keçirdiyini tanıyır. Əgər siyasi qüvvələr fikir ayrılıqlarını bir kənara qoyub, qütbləşməyə qalib gəlsələr və birgə səylərlə əsas prioritet üzərində cəmləşsələr, Gürcüstanın namizəd statusu təmin olunacaq” -deyə avropalı parlamentari bildirib.

Sessiyanın həmsədri Rusiyanın Ukraynada həyata keçirdiyi təcavüzdən və onun nəticələrindən danışıb. O, Gürcüstana Ukraynaya həmrəyliyinə və həmçinin irimiqyaslı humanitar yardıma görə təşəkkür edib.

Salamlama nitqi ilə çıxış etdikdən sonra Gürcüstanın xarici işlər nazirinin müavini Teimuraz Canjalia və Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski iclasda Gürcüstan-Avropa İttifaqı arasında münasibətlərlə bağlı çıxış ediblər.

Gürcüstanda demokratik islahatların möhkəmləndirilməsi və fundamental azadlıqların qorunması iclasda müzakirə mövzusu olub.

Gürcüstan-Avropa İttifaqı Assosiasiyası Parlament Komitəsinin iclasında Gürcüstanda münaqişənin sülh yolu ilə həlli və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin Gürcüstana təsiri; Gürcüstanın işğal olunmuş regionlarına münasibətdə barışıq siyasəti; Cenevrə Beynəlxalq Danışıqları və Aİ-nin monitorinq missiyasının fəaliyyəti müzakirə edilib.

Həmçinin, Gürcüstan-Avropa İttifaqı iqtisadi inteqrasiyası, assosiasiya sazişinin, o cümlədən dərin və hərtərəfli azad ticarət zonası haqqında sazişin həyata keçirilməsi baxımından əldə olunan irəliləyişlər və mövcud çağırışlar müzakirə edilib.

Komitənin iclasının ikinci işçi sessiyasında keçid istiqamətində Gürcüstan-Aİ tərəfdaşlığı, o cümlədən nəqliyyat və logistika sahəsində əməkdaşlıq; Enerji və rəqəmsal əlaqə, həmçinin məşğulluq, sosial siyasət və ictimai səhiyyə sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstan-Avropa İttifaqı Assosiasiyası Parlament Komitəsinin on birinci sessiyasında komitə üzvləri, gürcü və avropalı parlamentarilər ilə yanaşı Gürcüstanın icraçı hakimiyyətinin, ombudsmanın və Avropa Komissiyasının nümayəndələri, həmçinin Avropa İttifaqının Müşahidəçi Missiyasının rəhbəri iştirak edib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.