Parlamentdə Davit Zalkanianiyi, Mixeil Batiaşviliyi və Ekaterine Tikaradzeyi dinləyəcəklər
Gürcüstan parlamentində yeni hökümət tərkibinə etimadın bildirilməsi prosesi bugündən başlayır.
Nazir namizədlərini bugün komitə formatında dinləyəcəklər.
Deputatların qarşısına ilk olaraq, Xarici İşlər Naziri Davit Zaknaniani çıxacaq, hansını deputatlar üç komitə – xarici əlaqələr, avrointeqrasiya və diaspora məsələləri üzrə komitələrin birgə iclasında dinləyəcəklər.
Günün ikinci yarısında müvafiq komitələr Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Batiaşviliyi və Səhiyyə Naziri Ekaterine Tikaradzeyi dinləyəcəklər.
Komitələrin iclasları sentyabrın 5-də keçiriləcək, hansılarında qanunvericilər güc strukturlarının və iqtisadiyyat sahəsi üzrə nazir namizədlərini dinləyəcəklər.
Xatırladaq ki, “Gürcü Arzusu” yeni baş nazir namizədi olaraq, sabiq Daxili İşlər Naziri Giorgi Qaxariayı təqdim etdi.
Hökümət tərkibində başqa dəyişikliklər nəzərdə tutulmur.