Parlamentdə bəyan edirlər ki, Şalva Papuaşvili Ukrayna Ali Radası sədrindən rəsmi dəvət almayıb
Parlamentdə bəyan edirlər ki, Şalva Papuaşvili Ukrayna Ali Radası sədrindən rəsmi dəvət almayıb

Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına görə, qanunvericilik orqanının sədri, Şalva Papuaşvili Ukrayna Ali Radası sədri, Ruslan Stepançukdan rəsmi dəvət almayıb.

Parlamentin mətbuat xidmətində Gürcüstanın Birinci Kanalına bəyan etdiklərinə görə, dəvət Parlamentə daxil olmayıb.

Ukraynanın Gürcüstandakı səfiri vəzifəsini icra edən, Andri Kasianov bəyan edir ki, Ukrayna Ali Radasının sədri millət vəkillərini faciəni izləməyə dəvət etdi. Andrey Kasianovun qeyd etdiyi kimi, Ruslan Stepançukun dəvətini Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili də qəbul etdi.