Parlamentdə Avropa Komissiyasının ikinci və dördüncü rekomendasiyaları ilə əlaqədar görüş keçirilir
Parlamentdə Avropa Komissiyasının ikinci və dördüncü rekomendasiyaları ilə əlaqədar görüş keçirilir. Müzakirə mövzusu anti-korrupsiya agentliyinin yaradılması və seçki dəyişiklikləridir.
Görüşdə müxalifətdən “Vətəndaşlar”, “Qırçı”, “Gürcüstan Naminə” və “Avropalı Sosialistlər” partiyalarının nümayəndələri iştirak edirlər.
Parlamentin Hüquq Məsələləri Komitəsində beş işçi qrupu yaradılacaq və komitə bununla əlaqədar avqustun 4-də iclas keçirəcək.
Hüquq Məsələləri Komitəsində “de-oliqarxizasiya”, məhkəmə islahatları, “Seçki Məcəlləsinə” yenidən baxılması, korrupsiyaya qarşı mübarizə tədbirləri və Xüsusi İstintaq Xidmətinin və Şəxsi Məlumatların Müdafiəsi Xidmətinin sonrakı institusional gücləndirilməsi ilə bağlı işçi qruplar yaradılacaq.