Parlamentdə "Avropa İttifaqı və Partnyorlar" adlı beynəlxalq konfrans keçirilir
Gürcüstan parlamentində “Avropa İttifaqı və Partnyorlar” adlı beynəlxalq konfrans keçirilir.
Konfrans çərçivəsində Avropa İttifaqı ilə inteqrasiya məsələləri və bu inteqrasiyanın müsbət nəticələri müzakirə olunur.
Tədbirdə parlamentin sədri İrakli Kobaxidze və baş nazir Giorgi Kvirikaşvili iştirak edirlər.
İrakli Kobaxidze və baş nazirdən başqa, tədbirdə, Avroparlamentin vitse-prezidenti Riçard Çarnetski, Avropa İttifaqının Gürcüstandaki səfiri Yanoş Herman və BMT-nin Gürcüstandaki daimi koordinatoru Nils Skot nitqlə çıxış edəcəklər.
Konfrans Gürcüstan parlamentinin Avropa İnteqrasiyası komitəsinin və BMT-nin inkişaf proqramının təşəbbüsü ilə keçirilir.