Parlamentdə 19 mayda interpelasiya qaydası ilə iki naziri dinləyəcəklər
Parlamentdə 19 mayda interpelasiya qaydası ilə iki naziri dinləyəcəklər

Parlamentdə 19 mayda interpelasiya qaydası ilə üç naziri deyil, iki naziri dinləyəcəklər. İqtisadiyyat və davamlı inkişaf naziri səhhətinə görə sabah Parlamentə gedə bilmir. Levan Davitaşvilini qanunverici orqanda interpelasiya qaydası ilə sentyabrda dinləyəcəklər.

Bu barədə bu gün büronun iclasında məlum oldu.

“Sonuncu məsələ isə iqtisadiyyat və davamlı inkişaf nazirinin səhhəti ilə əlaqədar interpelasiyada iştirak edə bilməyəcəyi ilə bağlı məlumatdır. Onun məlumatını dünən yazılı şəkildə aldıq. Müvafiq olaraq, sabah planlaşdırılmış üç interpelasiya əvəzinə, iki interpelasiyamız olacaq, təhsil və daxili işlər nazirinin. İqtisadiyyat və davamlı inkişaf nazirinə gəldikdə, sonrakı dəfəyə keçiriləcək, sentyabrda keçirləcək son sessiya həftəsinin cümə gününə”, – Papuaşvili bəyan etdi.