“Yığılan pensiyalar” haqqında qanunlayihəyi Gürcüstan parlamenti bugün üçüncü oxunuşla qəbul etdi.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, qeyd olunan layihə pensiya islahatının tərkib hissəsidir, hansının əsas məqsədi mövcud olan sosiyal sistemin təkmilləşdirilməsidir.
Qanunlayihəyi deputatlara İqtisadiyyat Nazirinin müavini Ekaterine Mikabadze təqdim etdi.
Onun bəyanatına görə, “yığılan pensiya” sistemi vətəndaşlara işlədiyi illər ərzində yığdıqları məbləği təqaüdə çıxan zaman almalarına imkan verir.
Ekaterine Mikabadzenin bəyanatına görə, yığılan pensiya sisteminin qüvvəyə minməsi, vətəndaşların layiqli pensiya almasını təmin edəcək.