Parlament yaz sessiyası çərçivəsində Gürcüstan vətəndaşlığının alınması ilə bağlı dəyişiklikləri müzakirə edəcək
Parlament yaz sessiyası çərçivəsində Gürcüstan vətəndaşlığının alınması ilə bağlı dəyişiklikləri müzakirə edəcək

 

Parlament yaz sessiyası çərçivəsində Gürcüstan vətəndaşlığı ilə bağlı yeni qanunvericilik dəyişikliklərini müzakirə edəcək. Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış dəyişikliklərin təşəbbüsü keçən həftə irəli sürülüb.

Qanun layihəsinə əsasən, vətəndaşlığı olmayan şəxs digər əcnəbilərdən fərqli olaraq Gürcüstanda beş il boyunca qanuni şəkildə yaşadıqdan sonra adi qaydada Gürcüstan vətəndaşlığını alacaq. Layihəyə əsasən, adi qaydada vətəndaşlıq almaq üçün o, Gürcüstanın dövlət dili, tarixi və hüququn əsas prinsiplərini bilmək, eləcə də Gürcüstanda işləmək və ya Gürcüstanda daşınmaz əmlaka malik olmaq, yaxud müəssisədə səhmə və ya paya malik olmaq və ya Gürcüstan ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı eyni üzvi qanunla təyin edilmiş digər tələbləri müəyyən edilmiş çərçivədə təmin etməlidir.

Yuxarıda qeyd olunanlarla yanaşı, qanun layihəsinə əsasən, Gürcüstan vətəndaşlığının naturallaşdırma yolu ilə alınması ilə bağlı müraciətə mənfi qərar verildiyi halda, müvafiq orqanlara təkrar müraciətin müddəti bir ildən altı aya azaldılır.