Gürcüstanın doqquzuncu çağırış Parlamentinin 2019-cu ilin yaz sessiyası işinə başladı.
Konstitusiya dəyişiklikləri və Parlamentin yeni reqlamenti əsasında, Parlamentin plenar iclası Tbilisidə yerləşən sarayda keçirilir.
Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze, yeni reqlamentə uyğun olaraq, plenar iclasda, Parlamentin fəaliyyətinin hərillik hesabatını və gələn ilin fəaliyyət planını təqdim edəcək.
İrakli Kobaxidzenin hərillik hesabatında Parlament tərəfindən göstərilmiş qanunvericilik fəaliyyəti, xarici istiqamət üzrə həyata keçirilmiş işlər, institusional gücləndirmə istiqəməti ilə əldə olunmuş tərəqqi və gələcək planlar barəsində söhbət olacaq.