Parlament “Yayımlar haqqında” qanunvericilik zərfini üçüncü dinləmə ilə 3-ü qarşı olaraq, 63 tərəfdarla təsdiq etdi.
Deputatlar dəyişikliklər barəsində üçüncü dinləmə rejimində bu günki plenar iclasda müzakirə etdilər, bunun da reqlamentini nəzərə alaraq dinləmə redaktə xarakterli idi və deputatların dəyişikliklər barəsində yalnız texniki qeydləri bildirməyə hüququ var idi.
Qanunverici orqanı tərəfindən dəyişikliklər üçüncü dinləmə təsdiq edilib, qanunvericilik zərfi imzalanma üçün prezident Giorgi Marqvelaşviliyə göndəriləcək.
Parlament “Yayımlar haqqında” qanunverici zərfi ikinci dinləmə ilə keçən sessiya həftəsində qəbul etdi.
Dəyişikliklərin mahiyyətinə gəldikdə, layihə dəqiqləşdirilir ki, İctimai Yayımçı məhsulun ən azı 25 faizini müstəqil özəl hüquqi şəxslər tərəfində hazırlanmış proqramlara ayırsın.
Dəyişikliklərə İctimai Yayımçının hüquqi olur ki, ictimai fikrin tədqiqatını həyata keçirsin. Həmçinin əlavə radio yayımlar tezliklərindən istifadə etsin.
Layihə ilə əlavə olaraq, İctimai Yayınçılığın redaksiyasının, rəhbərliyinin və maliyyə müstəqilliyinin inzibati orqanları tərəfindən pozulması, o cümlədən tapşırıqlar, göstərişlərin təyin edilməsi və ya başqa təzyiqlərə məruz qalması dəqiqləşdirilir.
Dəyişikliklərə uyğun olaraq, həmçinin İctimai Yayımçıya verilişlərin, serialların, bədii və ya sənədli filmlərin hazırlanmasına xidmətin satın alınmasına “Satın Almalar haqqında” Gürcüstan qanunu aid olmayacaq.
Bundan əlavə, dəyişikliklərə əsasən, qəyyumlar şurası, baş direktorun təqdimatı ilə, İctimai Yayımçının nizamnaməsinə dəyişikliklər edə biləcək. Bundan başqa dəyişiklikləri qəyyumlar şurasının özü də edə biləcək.
Qəyyumlar şurası İctimai Yayımçının büdcəsində dəyişiklikləri yalnəz baş direktorun təqdimatı ilə həyata keçirə biləcək.
Qanunlayihəyə əsasən, qəyyumlar şurasının, İctimai Yayımçının əməkdaşlarının əmək müqavilələrinə əsas şərtlərin müəyyən edilməsinə hüququ olmayacaq.
Dəyişikliklərə uyğun olaraq,İctimai Yayımçının ötən ilin büdcəsindən qalan məbləğlər, gələn ilin əvvəlində dövlət büdcəsindən qəbul olunan maliyyələşdirməyə əlavə olunacaq.
Dəyişikliklərə müvafiq olaraq, İctimai Yayımçının ötən ilin büdcəsində xərclənməmiş qalığı növbəti ilin dövlət büdcəsindən alınmış maliyyələşdirməyə artırılır.
Qanunvericilik zərfinə uyğun olaraq, İctimai Yayımçının hüquq-səlahiyyəti verilir ki, startapların həvəsləndirilməsi, tele, radio və onlayn məhsulların inavasiya inkişafı üçün, yayımlar sahəsində ətrafın imkişafına imkan yaratmaq məqsədi ilə, dövlət büdcəsindən aldığı vasaiti xərcləsin.
Bununla yanaşı, dəyişikliklərlə müəyyən olunur ki, İctimai Yayımçının, İctimai Yayımçının Acara televiziyasının və radio kanallarında kommersiya reklamları tətil günlərində və başqa ən yaxşı vaxtları yerləşdirməjk qadağan olunur. Kommersiya reklamının ümumi həcmi gecə-gündüz ərzində 60 dəqiqədən artıq olmamalıdır (30 dəqiqə əvəzinə).
Təşəbbüslə həmçinin əyləncəli verilişlərin və serialların maliyyələşdirlməsi mümkün olur.