Parlament "Yayımçı haqqında" qanunvericilik paketini ikinci oxunuşla təsdiqlədi
Gürcüstan parlamenti “Yayımçı haqqında” qanunvericilik paketini ikinci oxunuşla, 85 leyhinə və 6 əleyhinə olan səslərlə təsdiqlədi.
Deputatlar qanunvericilik paketindəki dəyişiklikləri ikinci oxunuşla, bugünki plenar iclasda səs verməyə çıxartdılar.
“Yayımçı haqqında” qanunvericilik paketini altı deputat dəstəkləməkdən imtina etdi. Bunlar: İrakli Abuseridze, Revaz Arveladze, Roman Kakulia, Levan Koberidze, Giorgi Mosidze və Kaxa Okriaşvilidir.