Parlament "Yayımçı haqqında" qanun paketindən prezidentin vetosunun qaldırılması haqqında müzakirəyi bügün aparacaq
Parlament “Yayımçı haqqında” qanun paketindən prezidentin vetosunun qaldırılması haqqında müzakirəyi bügün aparacaq.
Prosedura əsasən, əgər parlament prezidentin iradlarını qəbul etməsə, qanunlayihənin vetodan öncəki redaksiyası səs verməyə çıxardılacaq. Parlament deputatlarının yarısından çoxu qanunlayihəyi dəstəkləsə, “yayımçı haqqında” qanun qəbul ediləcək.
Parlamentin sədrinin bəyan etdiyinə görə, parlament əksəriyyəti prezidentin qoyduğu vetoyu ləğv edə biləcək.
Xatırladaq ki, “yayımçı haqqında” qanun paketini parlament üçüncü dinləyişlə 2017-ci ilin dekabrın 22-də təsdiqlədi və imza üçün prezidentə təqdim etdi.
Yanvarın 15-də isə, Gürcüstan prezidenti qanun paketinə bəzi iradlar bildirərək, veto qoydu.