Parlament "Yayımçılıq haqqında" qanunlayihə paketini bugünki plenar iclasda müzakirə edəcək
Bugünki plenar iclasda parlament birinci oxunuşla, “Yayımçılıq haqqında” qanunvericilik paketini müzakirə edəcək.
Bu məsələyi məruzə edən deputat Giorgi Xatidze bəyan edir ki, parlamentin sahə komitəsi qanunlayihə paketini müzakirə etdi və onu birinci oxunuşla, prinsiplər səviyyəsində dəstəklədi.
“Fikir ayrılıqları var idi, müəyyən mövqelər qeyd edildi, ancaq sonunda qanunlayihəyə dəstək verildi. Qanunlayihə plenar iclasa çıxardılır, hansında ki, birinci oxunuşla müzakirə keçiriləcək.
İkinci oxunuşa gəlincə isə, bütün məsələlərlə bağlı müzakirə və mövqelərin yekunlaşdırılması keçiriləcək. Prinsiplər səviyyəsində bütün mövqeləri yekunlaşdırdıq və dəyişikliklərə dəsətk verildi” – dedi Xatidze.