Parlament yaxınlığında “Rusiyaya yox” şüarı ilə aksiya keçirilir.
Müxalifət partiyalarının nümayəndələri aktivistlər və vətəndaşlarla birlikdə Rusiya ilə Gürcüstan arasında birbaşa reyslərin bərpasına və Moskvadan Tbilisiyə ilk reysin həyata keçirilməsinə etiraz edirlər.
Mitinq iştirakçıları Rusiyanın 4 il əvvəl ləğv etdiyi uçuşların bərpasını Avrointeqrasiya yoluna və namizəd statusuna təhlükə kimi qiymətləndirir və hakimiyyəti uçuşların bərpasına razılıqlarını geri götürməyə çağırırlar.