Parlament vətəndaşlıq haqqında qanundaki dəyişikliklər üzrə çalışmağa başladı
Gürcüstan parlamentinin hüquqi məsələlər üzrə komitəsinin təşkilatçılığı ilə, Gürcüstanın konstitusiya qanunlayihəsi əsasında yaradılan işçi qrupunun birinci görüşü keçirildi.
Görüşü hüquqi komitənin sədri Eka Beselia açdı və işçi qrupunun yaradılmasına səbəb olan məsələlər haqqında danışdı.
“Qrupun yaradılmasını Gürcüstan Konstitusiyasındaki dəyişiklik şərtləndirdi. Bu dəyişikliklərdən biri Gürcüstan vətəndaşlığı məsələsidir” – dedi Beselia.
Təşkilat məsələləri ilə tanış olduqdan sonra hüquqi məsələlər üzrə komitənin sədri növbəti məsələlərə aid olan təqdimat keçiridi: ikili vətəndaşlıq, ikili vətəndaşlığın requlyasiya modellərinin müəyyənləşdirilməsi, ikili vətəndaşlığın verilmə qaydası və sairə.
Həmçinin, hüquqi məsələlər üzrə komitənin sədri görüş iştirakçılarına ikili vətəndaşlıqla bağlı məsələlərin dünyada necə qeydiyyatdan keçdiyi barədə kiçik tədqiqat təqdim etdi.