Parlament Tsotne Ğavlaşvilini Gürcüstanın baş auditoru seçib
Parlament Tsotne Ğavlaşvilini Gürcüstanın baş auditoru seçib

 

Gürcüstan parlamenti bu gün keçirilən plenar iclasda 87 səslə Tsotne Ğavlaşvilinin Gürcüstanın baş auditoru vəzifəsinə namizədliyini dəstəkləyib.

Plenar iclasda Dövlət Audit Xidmətinin baş auditorluğuna namizədi parlamentin sədri Şalva Papuaşvili təqdim edib.

“Tsotne Ğavlaşvili həqiqətən də peşəkar və vicdanlı dövlət qulluqçusunun necə olmasının bir nümunəsidir və digər tərəfdən dövlət qulluğunda dürüstlüyün və peşəkarlığın qiymətləndirildiyinin və insanın karyera yüksəlişi imkanının olmasının nümunəsidir”- deyə parlamentin sədri Dövlət Audit Xidmətinin baş auditorunun namizədliyini təqdim edərkən bildirib.

Şalva Papuaşvili həmçinin baş auditor vəzifəsini icra edən İrakli Mekvabişviliyə fəaliyyətinə görə təşəkkür edib və qeyd edib ki, bu müddət ərzində dövlət audit xidməti yeni mərhələyə keçib.

Şalva Papuaşvili bildirib ki, dövlət qulluğunda uzunmüddətli iş təcrübəsi olan Tsotne Ğavlaşvili bu sahə ilə bağlı ətraflı biliyə malikdir və o, həm çoxluğu, həm də müxalifəti onun namizədliyini dəstəkləməyə çağırıb.

Tsotne Ğavlaşvili də parlamentdə çıxış edib.

“Mən üzərimə düşən məsuliyyətin tam fərqindəyəm və hər şeyi edəcəyəm, bu uğurlu və vacib idarənin daha da effektiv və uğurlu olması üçün öz bilik və təcrübəmi tam şəkildə istifadə edəcəyəm. Namizədliyim təsdiq olunarsa, dövlət auditinin fəaliyyəti dörd prinsip – müstəqillik, peşəkarlıq, şəffaflıq və obyektivlik ətrafında cəmləşəcək. Bu xidməti institusional olaraq daha da gücləndirmək üçün bütün səylər bu prinsiplər ətrafında yönəldiləcək”-deyə Tsotne Ğavlaşvili bildirib.

Onun açıqlamasına əsasən, Dövlət Audit Xidməti parlamentin əlində nəzarətin həyata keçirilməsi üçün mühüm təsir vasitəsidir, bundan irəli gələrək audit obyektlərinin qısa müddətdə xətaları və tövsiyələri nəzərə alması üçün bu xidmətin daha effektiv mexanizmlərin tapılması istiqamətində Gürcüstan parlamenti ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edəcək.