Parlament tərəfindən toplanan humanitar yük Türkiyə Səfirliyinə verildi
Gürcüstan Parlamenti tərəfindən toplanan humanitar yük Türkiyə Səfirliyinə verildi. Məlumatı Parlamentin mətbuat xidməti yayır.
Zəlzələdən zərər çəkənlərə məhsullar və məişət əşyaları göndərildi.
Humanitar yüklərin alınması üçün deputatlar və Parlament aparatının əməkdaşları xeyriyyə üçün pulu xüsusi açılmış xəzinə hesabına topladılar.
Parlament sədrinin qərarına əsasən, 2022-ci ilin dekabrında baş verən üzrsüz iştirak etməməyə görə deputatlar üçün tutulan məbləğ həmçinin, xeyriyyə tədbirinə sərf edildi.