Parlament Teona Akubardianın “Faşizm üzərində Qələbə Günü” tarixinin dəyişdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləməyib
Parlament Teona Akubardianın “Faşizm üzərində Qələbə Günü” tarixinin dəyişdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləməyib

 
Parlament “Gürcüstanın Əmək Məcəlləsi”nə düzəlişi birinci oxunuşda müzakirə edib və qanun layihəsini 4 əleyhinə 20 səslə dəstəkləməyib. Dəyişikliyə əsasən, qeyri-iş günlərinin siyahısında mayın 9-u deyil, 8-i “Faşizm üzərində Qələbə Günü” kimi göstərilməli idi. Müvafiq olaraq, mayın 8-i qeyri-iş günü elan ediləcəkdi.

Məruzəçi, “İslahatlar Qrupu”nun üzvü Teona Akubardia bildirib ki, dəyişiklikdə məqsəd Gürcüstanda “Faşizm üzərində Qələbə Günü”nü təkcə Gürcüstana deyil, Ukraynaya qarşı da müharibəni davam etdirən və suverenliyi qəsb edən işğalçı dövlətlə deyil, 8 Mayda sivil Qərblə birlikdə qeyd etməkdir.

Parlament çoxluğunun lideri İrakli Kobaxidze layihənin məqsədinin cəmiyyəti parçalamaq olduğunu söyləyib.

“Mən bunun zərərsiz layihə olduğunu düşünmürəm. 8 Mayın qanunla qəbul edilib-edilməməsindən asılı olmayaraq, veteranlar yenə də 9 Mayda Faşizm üzərində Qələbəni qeyd edəcəklər. Siz hər yerdə 7-8 avqust halında olduğu kimi və Milad bayramını dekabrın 25-nə keçirmək cəhdləri ilə cəmiyyəti parçalamağa çalışırsınız” – deyə İrakli Kobaxidze bildirib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.