Parlament siyasi qruplarla bağlı Qotsiridze-Dekanoidzenin təşəbbüsünü təsdiqləyib
Parlament Roman Qotsiridze və Xatia Dekanoidzenin siyasi qruplarla bağlı qanunvericilik təşəbbüsünü üçüncü, yekun oxunuşda bir əleyhinə 89 səslə təsdiqləyib.
Parlament reqlamentində edilən dəyişikliyə əsasən, müvafiq siyasi partiyanın və ya seçki blokuna daxil olan partiyanın üzvlüyündən çıxan fraksiyasız üzvləri siyasi qrup yaratmaq imkanı əldə edəcəklər.
Dəyişikliklər qəbul edildikdən sonra “Milli Hərəkat” fraksiyasından çıxan deputatlar siyasi qrup yarada biləcəklər.
Təşəbbüsçülərin xahişi ilə qanun layihəsinə parlamentdə sürətləndirilmiş qaydada baxılıb.