Parlamentin plenar iclasında üçüncü oxunuşla “Silah haqqında qanun”a dəyişiklik edilməsi ilə əlaqədar Gürcüstan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsi müzakirə edilib və 81 səslə dəstəklənib.
Layihəyə əsasən, silahlarla bağlı əsasnamələr yeni qaydada yazılıb. O cümlədən: ümumi uzunluğu 55 santimetrdən az olan odlu silahlar müdafiə silahı, uzunluğu 55 santimetrdən çox olan bütün digər silahlar isə ov silahı sayılacaq.
Həmçinin, polisin yerindəcə gedib silah sahibinin silahın saxlanması ilə bağlı müəyyən edilmiş qaydalara nə dərəcədə əməl etdiyini yoxlamaq səlahiyyəti olacaq və polisin evə buraxılmadığı halda, vətəndaş əlində olan silahları yeddi gün ərzində polisə təqdim etmək öhdəliyi daşıyacaq.