Parlament seçkiləri prosesini müşahidə etmək məqsədilə ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası fəaliyyətə başlayıb
Parlament seçkiləri prosesini müşahidə etmək məqsədilə ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası fəaliyyətə başlayıb

 
ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar fəaliyyətə başlayır. Bununla əlaqədar bu gün ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Ouen Mörfi bəyanat verib.

Mətbuat konfransının əvvəlində Ouen Mörfi müşahidə missiyasının vaxtında dəvət edildiyinə görə təşəkkür edib və missiya tərəfindən planlaşdırılan işlərdən danışıb.

“Biz 17 müşahidə missiyasında iştirak etmişik və bu, 18-ci missiya olacaq. Bu gün MSK-da görüşümüz oldu və komandamız orada olanlara öz vəzifələrini və fəaliyyət planını təqdim etmək imkanı əldə etdi. Daha sonra Xarici İşlər Nazirliyində görüşümüz olacaq. Biz həm Nazirliyə, həm də MSK-ya əməkdaşlığa görə təşəkkür edirik. Növbəti həftələrdə də yaxın əməkdaşlığımızın olacağını gözləyirik.

Missiya 12 beynəlxalq ekspertdən ibarətdir. Bizim əsas qrupumuz Tbilisidə yerləşir və növbəti yeddi həftə üçün müvəqqəti ofisimiz var. Sentyabrın 17-də daha 30 uzunmüddətli müşahidəçi bizə qoşulacaq və bütün Gürcüstan miqyasında 15 ərazi vahidi üzrə bölünəcəklər. Onlar seçki proseslərinin müşahidəsini həyata keçirəcəklər. Seçkilərdən əvvəlki gün Gürcüstana daha 350 qısamüddətli müşahidəçi gələcək. Onlar bilavasitə iştirak edəcək və bütün ölkə miqyasında səsvermə prosesini, bütün proseduru müşahidə edəcəklər.

Təcrübəmiz 20 il ərzində toplanmış biliklər əsasında təkmilləşdirilmişdir. Biz 450-dən çox seçki prosesini müşahidə etmişik və prinsipimiz qərəzsizlikdir. Biz seçkidən əvvəl, seçki prosesi zamanı və ondan sonrakı dövrdə müşahidə aparırıq, bu, inzibati hazırlıq, qeydiyyat, seçki kampaniyasının gedişatı və maliyyələşmə olacaq. Həmçinin, media mühiti, media tərəfindən proseslərin işıqlandırılması və bütövlükdə hüquqi baza, mübahisəli məsələlərin necə həll olunması müşahidənin bir hissəsidir. Bundan irəli gələrək, bizim çoxlu görüşlərimiz olacaq, bu, seçki administrasiyası, siyasi partiyalar, vətəndaş cəmiyyəti və media ilə olacaq” – Ouen Mörfi qeyd edib.

Bununla yanaşı, onun sözlərinə əsasən, müşahidə missiyasının vəzifələrindən biri həm kəmiyyət, həm də keyfiyyət qiymətləndirməsini nəzərdə tutan media monitorinqi olacaq.

“Qiymətləndirmələrimizdə qərəzsiz və çox ardıcıl olmaq üçün cavadehlik götürürük. Bizim qiymətləndirmələrimizin çox aydın meyarları ATƏT-in prinsipləri, beynəlxalq standartlar və seçkilərin milli qanunvericiliyə uyğun olaraq demokratik keçirilməsi ilə əlaqədar öhdəliklərdir. Bu seçkini əvvəlki seçkilərlə müqayisə etmək bizim vəzifəmiz deyil. Bizim düşünməli olduğumuz məsələ seçki prosesinin gedişatıdır. Bu prosesə müdaxilə etmirik” – Mörfi qeyd edib.

Onun bəyanatına əsasən, seçkilərə iki həftə qalmış beynəlxalq müşahidə missiyası aralıq müşahidə hesabatını təqdim edəcək, yekun hesabat isə seçki prosesi başa çatdıqdan bir neçə ay sonra dərc olunacaq.

“Bizim rolumuz müşahidə etməkdir və müşahidənin nəticələri hesabatımızda dərc olunacaq. Seçkilərə iki həftə qalmış mövcud vəziyyətin qiymətləndirilməsi haqda aralıq hesabat təqdim edəcəyik. Yekun hesabatın dərci isə seçkilərdən sonra təxminən iki-üç ay çəkəcək. Hesabatda yəqin ki, məsul tərəflərin və şəxslərin nəzərə almalı olduğu bəzi tövsiyələr yer alacaq. Missiyamızın fəaliyyəti şəffafdır. Biz burada olduğumuz müddətdə mediaya açıq olacağıq” – Ouen Mörfi bildirib.