Parlament seçkilərində keçirilən ekzitpolun saat 18:00 üçün olan nəticələri
Parlament seçkilərində keçirilən ekzitpolun saat 18:00 üçün olan nəticələri

Gürcüstanın üç telekanalı – “İmedi”, “Formula” və “Mtavari” 2024-cü il parlament seçkiləri üçün keçirilən ekzitpolun nəticələrini dərc edib.

“İmedi” teleşirkətinin sifarişi ilə “QORBİ”nin keçirdiyi ekzitpolun nəticələri:
“Gürcü Arzusu – Demokratik Gürcüstan” – 56,1%;
“Dəyişiklik üçün koalisiya Qvarami, Melia, Qirçi, Droa” – 12,6%;
“Birlik – Milli Hərəkat” – 11,6%;
“Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq meydanı, Vətəndaşlar” – 7,0%;
“Qaxaria Gürcüstan üçün” – 4,8%.

Səhv səddi +- 2,5 faizdir.

“Formula”teleşirkətinin sifarişi ilə “Edison Research”in  keçirdiyi ekzitpolun nəticələri:
“Gürcü arzusu – Demokratik Gürcüstan” – 40,9%;
“Birlik – Milli Hərəkat” – 16,7%;
“Dəyişiklik üçün koalisiya Qvarami, Melia, Qirçi, Droa” – 16,7%;
“Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq Meydanı, Vətəndaşlar” – 10,3%;
“Qaxaria Gürcüstan üçün” – 8,2%.

Səhv səddi +/- 2,5%, 95% etibar limiti üçün.

“Mtavari” teleşirkətinin sifarişi ilə “Harris X”in keçirdiyi ekzitpolun nəticələri:
“Gürcü arzusu – Demokratik Gürcüstan” – 42%;
“Dəyişiklik üçün koalisiya Qvarami, Melia, Qirçi, Droa” – 18%;
“Birlik – Milli Hərəkat” – 13%;
“Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq Meydanı, Vətəndaşlar” – 9%;
“Qaxaria Gürcüstan üçün” – 8%.