Parlament Seçki Məcəlləsinə ediləcək dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib
Parlament Seçki Məcəlləsinə ediləcək dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib. 96 deputat dəyişikliyi dəstəkləyib.
Avropa İttifaqının 12 tövsiyəsindən ikinci bəndin yerinə yetirilməsi üçün “Gürcü Arzusu”nun hazırladığı layihədə ümumilikdə 20-yə yaxın dəyişiklik edilib. Onlardan 13-ü ATƏT/DTİHB və Venesiya Komissiyasının ilkin rəyi əsasında yeni seçki islahatında öz əksini tapıb.
“Gürcü Arzusu”ndan və işçi qruplarından ayrılan müxalifətlə (“Lelo”, “Quruculuq Strategiyası” və “Milli Hərəkat”) iki qapalı görüşün nəticəsi olaraq layihədə əks olunmuş on məsələ üzrə razılıq əldə olunub.
Müxalifətin tələbi əsasında layihəyə daha bir düzəliş edilib və artıq Seçki Komissiyasının partiya üzvləri üçün sertifikatlaşdırma məcburi olmayacaq.
Avropa Komissiyasının 12 tövsiyəsi əsasında hazırlanmış “Seçki Məcəlləsi”nin təşəbbüsü sentyabrın 26-da parlamentdə irəli sürülüb.