Parlament "Seçki Məcəlləsi"nə dəyişikliklərə prezidentin qoyduğu vetonu aşıb
Parlament "Seçki Məcəlləsi"nə dəyişikliklərə prezidentin qoyduğu vetonu aşıb

 

22 lehinə və 33 əleyhinə – parlament “Seçki Məcəlləsi”nə edilən dəyişikliklərlə bağlı prezidentin əsaslandırılmış iradlarını nəzərə almayıb.

Səsvermə proseduru başa çatdıqdan sonra deputatlar yenidən “Seçki Məcəlləsi”nə parlamentin 14 əleyhinə 78 səslə təsdiq etdiyi dəyişikliklərə səs veriblər.

Sözügedən dəyişikliyə əsasən, parlamentin sədri MSK sədrinin və üzvlərinin seçilməsi üçün müsabiqə elan edəcək və müsabiqə komissiyasını yaradacaq. Komissiyanın doqquz üzvü olacaq və onun tərkibinə prezidentin bir nümayəndəsi, mülki sektorun və elmi dairələrin səkkiz nümayəndəsi daxil olacaq. Dəyişikliklərə əsasən, Gürcüstan parlamentinin sədri MSK sədrinin və MSK üzvlərinin namizədliyini parlamentə təqdim edəcək.

MSK-nın sədri və üzvləri parlamentin tam tərkibinin səs çoxluğu ilə 5 il müddətinə seçiləcəklər.