Parlament Seçki Məcəlləsinə daxil ediləcək dəyişiklikləri ikinci oxunuşla qəbul edib
Parlament Seçki Məcəlləsinə daxil ediləcək dəyişiklikləri ikinci oxunuşla qəbul edib

 

Parlament Avropa Komissiyasının tövsiyələrindən irəli gələrək Seçki Məcəlləsinə daxil ediləcək dəyişiklikləri ikinci oxunuşla, 88 səslə qəbul edib.

Seçki islahatını “Gürcü Arzusu”, “Lelo”, “Qirçi”, “Vətəndaşlar”, “Avropalı Sosialistlər” partiyası, “İslahatlar Qrupunun” üç üzvü, səkkiz fraksiyasız deputat dəstəkləyib. “Milli Hərəkat” və “Quruculuq Strategiyası” səsvermədə iştirak etməyib.

Avropa İttifaqının 12 tövsiyəsinin ikinci bəndinin yerinə yetirilməsi üçün ikinci dinləmə zamanı “Gürcü Arzusu”nun hazırladığı layihədə ümumilikdə 20 dəyişiklik edilib. Onlardan 13-ü ATƏT/DTİHB və Venesiya Komissiyasının ilkin rəyi əsasında yeni seçki islahatında öz əksini tapıb.

“Gürcü Arzusu”ndan və işçi qrupundan ayrılmış müxalifətlə “Lelo”, “Quruculuq Strategiyası” və “Milli Hərəkat”la iki qapalı görüş nəticəsində artıq layihədə öz əksini tapmış on məsələ ilə bağlı razılıq əldə olunub.

Müxalifətin tələbi əsasında layihəyə daha bir düzəliş edilib və Seçki Komissiyasının partiya üzvləri üçün sertifikatlaşdırma artıq məcburi olmayacaq.

Avropa Komissiyasının 12 tövsiyəsi əsasında hazırlanmış “Seçki Məcəlləsi”nin təşəbbüsü sentyabrın 26-da parlamentdə irəli sürülüb.