Parlament “Seçki Məcəlləsi”ndə “Qirçi”nin təşəbbüsü ilə irəli sürülmüş dəyişiklikləri birinci oxunuşda dəstəkləyib
Parlament “Seçki Məcəlləsi”ndə “Qirçi”nin təşəbbüsü ilə irəli sürülmüş dəyişiklikləri birinci oxunuşda dəstəkləyib

Gürcüstan parlamenti “Seçki Məcəlləsi”ndə “Qirçi”nin təşəbbüsü ilə irəli sürülmüş dəyişiklikləri birinci oxunuşda dəstəkləyib.

Deputatlar parlament üzvləri İaqo Xviçia, Aleksandre Rakviaşvili, Vaxtanq Meqrelişvili və Herman Sabo tərəfindən hazırlanmış “Gürcüstanın Seçki Məcəlləsi”nin üzvi qanununa dəyişikliklər edilməsi haqqında” qanun layihəsini yekdilliklə dəstəkləyiblər.

Dəyişikliyə əsasən, partiyalar parlament və yerli seçkilər üçün zəruri hesab etdikləri namizədlərin sayı ilə partiya siyahısını qeydiyyatdan keçirmək imkanı əldə edəcəklər.

Qanun layihəsinin təşəbbüskarlarının fikrincə, təqdim olunan dəyişiklik məhdud vaxt ərzində partiyaların təqdim etdiyi partiya siyahılarını və onlara əlavələri idarə etməli olan seçki administrasiyasının işini sadələşdirəcək.