Parlament sabah Nazir Saatı formatında Vaxtanq Qomelaurini dinləyəcək
Parlament sabah Nazir Saatı formatında Vaxtanq Qomelaurini dinləyəcək

 

Parlament sabah Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurini Nazir Saatı formatında dinləyəcək.

“Parlamentin Bürosu 21-24 fevralın plenar iclasların gündəliyini müəyyən edib. Fevralın 21-də, çərşənbə axşamı parlament daxili işlər naziri Vaxtanq Qomelaurini Nazir Saatı formatında dinləyəcək. Plenar iclasların gündəliyinə əsasən cari sessiya həftəsində əllidən çox məsələnin müzakirəsi nəzərdə tutulub.

Büro “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxılması proseduruna başlanılmasını məqsədəuyğun hesab edib. Qanun layihəsi ilə xarici təsir agentləri, xarici qüvvə, subyektin xarici təsir agenti kimi qeydiyyata alınması, müraciətin, digər müvafiq sənədlərin və xarici təsir agentlərinin reyestrinin ictimailiyinin təmin edilməsi, illik maliyyə bəyannaməsi, qeydə alınmış xarici təsir subyektinin qeydiyyatının ləğv edilməsi, monitorinqi və məsuliyyəti ilə bağlı məsələlər tənzimlənir.

Parlamentin üzvləri: Sozar Subari, Mixeil Ğavelaşvili, Dimitri Xundadze, Quram Macharaşvili, Viktor Caparidze, İrakli (Daçi) Beraia, Eka Sepaşvili, Davit Kacharava və Zaal Mikeladze qanun layihəsinin təşəbbüskarlarıdır . Büro Hüquq Məsələləri Komitəsini “Xarici Təsirlərin Şəffaflığı” qanun layihəsi üzrə aparıcı komitə, Xarici Əlaqələr və Müdafiə və Təhlükəsizlik Komitələrini isə məcburi komitələr olaraq təyin edib”- deyə parlamentin mətbuat xidmətinin məlumatında qeyd olunub.