Parlament Rusiyaya müraciət edir ki, Tatunaşvilinin cəsədinin Gürcüstana gətirilməsini və Sxinxalidə həbs edilən digər iki nəfərin azad edilməsini təmin etsin
Gürcüstan Parlamenti işğal altında olan Sxinvalidə ölən Arçil Tatunaşvilinin işi ilə bağlı beynəlxalq dostluğa müvafiq tədbirlər görmək üçün müraciət edir ki, Tatunaşvilinin cəsədi ailəsinə verilsin, digər iki nəfər Levan Kutaşvili və İoseb Pavliaşvili isə, azad edilsinlər.
Həmçinin, eyni tələblərlə parlament Rusiya Federasiyasına da müraciət edir.
Parlament əksəriyyəti beynəlxalq ictimaiyyətə müraciətin rezolyusiya layihəsini qanunverici orqana artıq təqdim etdi və növbəti sessiya həftəsində təsdiqlənəcək.
İqtidar dəstəsi izah edir ki, rezolyusiya layihəsinin məqsədi beynəlxalq güclərin maksimal mobilizasiyası və gücləndirilməsidir.