Avropa Komissiyasının tövsiyələrindən irəli gələrək, parlament nəzarətini təkmilləşdirmək məqsədi ilə parlament reqlamentə hazırlanmış düzəlişləri üçüncü oxunuşda təsdiqləyib.
Bugünkü plenar iclasda qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib, 88 deputat dəyişiklikləri dəstəkləyib.
Qanun layihəsinə əsasən, komitə sədri fraksiyanın müraciətindən və ya komitənin qərarından sonra üç gündən gec olmayaraq vəzifəli şəxsin komitənin iclasına dəvət edilməsi barədə sorğu göndərəcək.
Həmçinin, Prosessual Məsələlər və Qaydalar Komitəsi vaxtaşırı komitənin iclasında vəzifəli şəxslərin məcburi iştirakı/dinlənilməsi məsələsini öyrənəcək.
Yuxarıda qeyd olunanlarla yanaşı, deputatın sualını cavablandırmaq üçün müddət azaldılıb və deputatın sualını cavablandırmaq üçün müddət 15 gün əvəzinə, 10 gün müəyyən edilib.
Interpelyasiyanın keçirilmə tezliyi də artacaq. İnterpelyasiya qaydası ilə sualın adresatının parlamentdə çıxış imkanı hər növbəti sessiya ərzində iki dəfə iştirak əvəzinə, hər ay nəzərə alınacaq.
Həmçinin hökumət üzvü parlamentin plenar iclasında “Nazir saatı” çərçivəsində məruzə ilə çıxış etməzdən 5 gün əvvəl məruzəni yazılı şəkildə parlamentə təqdim etmək məcburiyyətindədir.
Dəyişikliklərlə bir gündə ikidən çox “Nazir saatı” keçirmək qadağan edilib.