Parlament pirotexniki vasitələrdən istifadə ilə bağlı qanunvericilik aktları üzərində işləyir
Parlament pirotexniki vasitələrdən istifadə ilə bağlı qanunvericilik aktları üzərində işləyir

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər komitələrində pirotexniki vasitələrdən istifadənin qanunvericiliklə tənzimlənməsi ilə bağlı işgüzar iclas keçirilib.

Görüş müzakirə formatında baş tutub. Deputatlar pirotexniki vasitələrlə bağlı qanunverici tərəfindən hansı modelə üstünlük verilməli olduğunu və Armaz Axvlediani və Ana Naçvlişvilinin qanunvericilik təşəbbüsü ilə təklif edilənlərə əlavə olaraq hansı alternativlərin nəzərdən keçirilə biləcəyini müzakirə ediblər.

Bildirilib ki, pirotexniki vasitələrin idxalına tam qadağa qoyulması mənfi təsirlər yarada bilər, ona görə də alternativlərə baxılması zərurəti gündəmdədir. Qanunsuz və digər şəxslərin hüquqlarını pozan pirotexniki vasitələrdən istifadənin son dərəcə məhdudlaşdırılmasını, eyni zamanda, tətbiq edilən məhdudiyyətlərə nəzarət və icra sisteminin təkmilləşdirilməsini nəzərdə tutan kompleks yanaşma variantı nəzərdən keçirilib.

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarjveladze pirotexniki vasitələrdən qanunsuz istifadə nəticəsində başqalarının hüquqlarının pozulması faktlarını vurğulayıb.
Ətraf mühitin mühafizəsi və təbii sərvətlər komitəsinin sədri Maya Bitadze pirotexniki vasitələrdən istifadə nəticəsində ətraf mühitə dəymiş ziyana toxunub.

Qanunvericilik təşəbbüsünün müəllifləri Armaz Axvlediani və Ana Naçvilişvili konkret hadisələrdən və şəxsi təcrübələrdən danışıblar.

İclasda dövlət qurumları öz səlahiyyətləri daxilində qeyd olunan məsələ ilə bağlı fikirlərini bildiriblər.

Tərəflər fəaliyyət planının hazırlanmasının və vaxtında effektiv addımların atılmasının vacibliyi barədə razılığa gəliblər.

İclasda parlamentin deputatları Mixeil Sarjveladze, Maya Bitadze, Armaz Axvledian və Ana Naçvlişvili ilə birlikdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.