Parlament personal göstəricilərin müdafiəsi və xüsusi istintaq xidmətlərinin rəhbərlərini 14-18 fevralın plenar iclaslar həftəliyində seçəcək
Parlament personal göstəricilərin müdafiəsi və xüsusi istintaq xidmətlərinin rəhbərlərini 14-18 fevralın plenar iclaslar həftəliyində seçəcək

Gürcüstan Parlamenti personal göstəricilərin müdafiəsi və xüsusi istintaq xidmətlərinin rəhbərlərini 14-18 fevralın plenar iclaslar həftəliyində seçəcək.

Məsələni plenar iclasa çıxarmaqdan əvvəl, fevralın 14-də Hüquq Məsələləri Komitəsi Xüsusi istintaq xidmətinin rəhbəri vəzifəsinə namizədliyi irəli sürülmüş Emzar Qaqnidze və Karlo Katsitadzeni dinləyəcək.

İnsan Hüquqları Komitəsi Fərdi Məlumatların Mühafizəsi Xidmətinin rəhbəri vəzifəsinə namizədləri barəsində artıq müzakirə apardı. Deputatlar dünən Lela Canaşvili və Tamar Alfaidzeni dinlədilər.

Qeyd olunan namizədlər Parlıamentə baş nazir tərəfindən təqdim edilib. Prosedura görə, vəzifəyə bir namizəd seçiləcək, onların vəzifəyə seçilməsi üçün 76 deputatın dəstəyi lazımdır. Qeyd olunan xidmətlər hakim komandanın  qərarı ilə ləğv edilmiş Dövlət Müfəttişliyi Xidmətinin bazasında yaradılacaq.