Parlament payız sessiyasında üç komitə sədrini seçməlidir
Parlament payız sessiyasında üç komitə sədrini seçməlidir

 

Parlament payız sessiyasında üç komitə sədrini seçməlidir. Sozar Subari, Dimitri Xundadze və Mixeil Ğavelaşvilinin “Gürcü Arzusu”nu və müvafiq olaraq parlament vəzifələrini tərk etdiyini nəzərə alarsaq, özünüidarə, səhiyyə və idman komitələrinin rəhbərləri postları hazırda vakant yer olaraq qalır.

Mövcud məlumatlarda, Özünüidarə Komitəsinin sədri vəzifəsinə komitə sədrinin birinci müavini olan İrakli Zarkuanın namizədliyinin müzakirə edildiyi deyilir. İdman Komitəsinin sədri vəzifəsinə həmçinin komitə sədrinin birinci müavini olan Viktor Sanikidzenin namizədliyi nəzərdən keçirilir.

Səhiyyə və Sosial Məsələlər Komitəsini kimin təhvil alacağı ilə əlaqədar hazırda konkret məlumat açıqlanmır. Nizamnaməyi nəzərə alarsaq, üç komitənin sədrinin seçilməsi üçün 76 deputatın dəstəyinə ehtiyac var.

Sozar Subari, Dimitri Xundadze və Mixeil Ğavelaşvili bir neçə ay bundan əvvəl “Gürcü Arzusu”nu və parlament əksəriyyətini tərk ediblər. Qərarlarına səbəb olaraq isə bildiriblər ki, konkret məsələlərlə bağlı şəxsi mövqelərini bildirmək istəyirlər.