Parlament payız sessiyası bağlandıqdan sonra növbədənkənar sessiya çağırmağı planlaşdırır
Parlament payız sessiyası bağlandıqdan sonra növbədənkənar sessiya çağırmağı planlaşdırır

 

Gürcüstan parlamenti 2022-ci ilin payız sessiyasını cari həftənin cümə günü başa vuracaq, lakin parlamentin sədri Şalva Papuaşvilinin büro iclasında qeyd etdiyi kimi, iş növbədənkənar iclaslarda davam etdiriləcək.

“Ehtimal ki, gələn həftənin cümə axşamı və cümə günü növbədənkənar iclaslara ehtiyacımız olacaq. Müvafiq olaraq, seçki məcəlləsinə dəyişiklikləri üçüncü oxunuşda müzakirə etməli olacağımız üçün növbədənkənar sessiyanın çağırılması məqsədilə prezidentə müraciət edəcəyik. Bir neçə vəzifəyə namizədlərin seçilməsi üçün də səsvermə keçirilməlidir” – deyə Şalva Papuaşvili açıqlayıb.