Parlament öz fəaliyyətinə rəsmi olaraq, gələn həftədən davam edəcək
Gürcüstan parlamenti öz fəaliyyətini rəsmi olaraq, gələn həftədən başlayacaq.
Deputatlar yaz sessiyasını fevralın 6-da büro iclası ilə açacaqlar.
Fevralın 7-dən isə, plenar iclaslar keçiriləcək.
Sessiya həftəsinin müzakirə mövzuları hələ konkretləşdirilməyib, ancaq ehtimala görə, qanunvericilər prezidet tərəfindən veto qoyuan “Yayımçı haqqında” qanunvericilik paketini müzakirə edəcəklər.
Reqlamentə əsasən, yaz sessiyası fevralın ilk çərşənbə axşamı başlayır və iyunun son cüməsində bağlanır.