Parlament önündə aksiya başa çatdı
Parlament önündə aksiya başa çatdı

Tbilisidə, Rustaveli prospektində aksiya başa çatdı.

Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, Parlament önündə aksiya iştirakçıları və təşkilatçılar yoxdular. Hazırda ərazinin təmizlənməsi işləri aparılır.

“Bəyaz səs-küy hərəkatının” lideri, Beka Tsikarişvilinin məlumatına görə, onların aksiyasının saat 15:00-da, Rustaveli prospektində, parlament önündə, daha keçirilməməsi mümkündür.

Tsikarişvilinin jurnalistlərlə söhbəti zamanı qeyd etdiyinə görə, eskalasiyanı başdan rədd etmək üçün, Parlament önündə aksiyanı dayandırırlar və fəaliyyət planı barəsində ictimaiyyətə az sonra sosoial şəbəkə vasitəsi ilə bildirəcəklər.

“Bəyaz səs-küy hərəkatının” nümayəndələrinin bir hissəsi gecə çadırda qaldı. Polis qeyd olunan çadırları bu gün yığışdırdı.

Bu gün səhər bir neçə şəxs arasında Parlament önündə qarşıdurma baş verdi.  Polis, ictimai asayişin pozulmasına görə üç nəfəri yaxaladı.

Aksiya iştirakçıları gecə klublarında keçirilən xüsusi əməliyyatlara etiraz edirlər.