Parlament nümayəndə heyətinin üzvləri Maltada gürcü diasporunun nümayəndələri ilə görüşüblər
Gürcüstanın parlament nümayəndə heyətinin üzvləri Malta Respublikasında yaşayan gürcü diasporunun nümayəndələri ilə görüşüblər.
Parlamentin sədri Şalva Papuaşvili görüşə sədrlik edib. Görüşdə parlamentin üzvləri, Gürcüstanın Malta və İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Konstantine Surquladze iştirak edib.
Konstantine Surquladzenin jurnalistlərə açıqladığı üzrə diaspor nümayəndələri ilə maraqlı və məhsuldar görüş keçirilib.
“Soydaşlarımız maraqlı məsələləri, həyat şəraitlərini, problemlərini, qarşılaşdıqları çətinlikləri, arzularını, məqsədlərini nümayəndə heyətinin üzvləri ilə bölüşdülər. Görüş zamanı bir çox maraqlı və praktiki məsələlər ortaya çıxdı. Məsələn, Maltada bazar günü məktəbinin açılması məsələsi, Gürcüstan parlamentində təcrübə keçmək məsələsi. Həmçinin vətənə qayıtmaq və soydaşlarımızı biznesə cəlb etmək məsələsi. Görüş olduqca maraqlı və məhsuldar keçdi. Maltaya belə səfərlərin çox olacağına ümid edirəm”-deyə Surquladze açıqlayıb.