Parlament noyabrın 1-dək 6 yaşı tamam olan uşaqların birinci sinfə qeydiyyatdan keçə biləcəyini nəzərdə tutan qanun layihəsini sürətləndirilmiş şəkildə müzakirə edəcək
Parlament noyabrın 1-dək 6 yaşı tamam olan uşaqların birinci sinfə qeydiyyatdan keçə biləcəyini nəzərdə tutan qanun layihəsini sürətləndirilmiş şəkildə müzakirə edəcək

 

Parlament Gürcüstanın “Ümumi təhsil haqqında” qanununa daxil ediləcək dəyişiklikləri sürətləndirilmiş şəkildə müzakirə edəcək. Bu barədə qərar büronun bu gün keçirilən iclasında qəbul edilib.

Dəyişikliyə əsasən, noyabrın 1-dək 6 yaşı tamam olan uşaqlar I sinif üzrə qeydiyyatdan keçə bilərlər.

“Gürcüstanın “Ümumi təhsil haqqında” qanununa dəyişikliklərin sürətləndirilmiş şəkildə müzakirəsi üçün ciddi əsas var. Söhbət noyabrın 1-dək uşağın 6 yaşı tamam olarsa, valideyn və ya qanuni nümayəndəsinin onun 1-ci sinif üzrə qeydiyyatdan keçirilməsi barədə qərar vermək səlahiyyətinə malik olması ilə bağlıdır. Bu məsələ uzun müddətdir ki, gündəmdədir. Məncə, ən optimal qərardır və dəstəkləməliyik. Təhsil və elm komitəsi aparıcı komitə, insan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsi, maliyyə-büdcə komitəsi məcburi komitələr olacaq” – deyə parlamentin birinci vitse-spikeri Qia Volski açıqlayıb.