Parlament növbədənkənar payız sessiyalarının çağırılması ilə bağlı prezidentə müraciət edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlamentin növbədənkənar payız sessiyalarının təyin edilməsi xahişi ilə Gürcüstan Prezidenti Salome Zurabviliyə müraciət edəcəyini bildirir.
Papuaşvili növbədənkənar sessiya çərçivəsində iclasların gələn həftənin cümə axşamı və cümə günləri keçiriləcəyini qeyd edir.
“Qirçı” siyasi qrupu sərbəst tribuna tələb edib və yarım saat qrupun sərbəst tribunası olacaq. Sonra ehtimal ki, saat birdə ədliyyə nazirinin saatına başlayacağıq, çıxış, sonra suallar, bir saatlıq fasilədən sonra isə cavablar və müvafiq olaraq çıxışlar olacaq. Bu gün payız sessiyasını bağlayacağıq, lakin artıq elan olunduğunu bilirsiniz, növbədənkənar sessiyanın çağırılması üçün prezidentə müraciət edəcəyik və gələn həftənin cümə axşamı və cümə günü növbədənkənar sessiya çərçivəsində iclasların keçirilməsi planlaşdırılıb” – deyə Papuaşvili açıqlayıb.