Bazar günü, noyabrın 17-də parlament “Nazir Saatı” formatında ədliyyə naziri Rati Breqadzeni dinləyəcək. Bu barədə parlamentin sədri Şalva Papuaşvili büronun iclasında məlumat verib.
Cari sessiya həftəsində parlament 2024-cü ilin dövlət büdcəsinin yenidən işlənmiş variantını müzakirə edəcək. Həmçinin sürətləndirilmiş qaydada Gürcüstanın “Yayımçılıq haqqında” qanununa düzəliş müzakirə ediləcək.
Büronun iclasında yeni qanunvericilik təşəbbüsləri müzakirə edilib, zəruri və aparıcı komitələr müəyyən edilib.
Büronun qərarına əsasən, parlament müxalifəti tərəfindən hazırlanmış “Rusiya Federasiyasının işğalçı rejimi tərəfindən işğal olunmuş bölgələrdə insan hüquqlarının kobud şəkildə pozulması və onlara effektiv reaksiya verilməsi tədbirləri haqqında” qərar layihəsi baxılması üçün İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinə təqdim olunacaq.
Büroda təşkilati məsələlər də müzakirə olunub.