Parlament bu həftə “Nazir saatı” formatında barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvledianini dinləyəcək.
Bu barədə parlament sədrinin birinci müavini Qiorqi Volski büronun iclasında məlumat verib.
Parlamentin bürosu dekabrın 12-15-də keçiriləcək plenar iclasların gündəliyini müzakirə edib.
Bu həftə parlament həmçinin “Vətəndaşların siyasi birliyi haqqında” üzvi qanuna dəyişiklikləri, parlamentin reqlamentində dəyişikliklər haqqında layihəni, “Vergi Məcəlləsi”ndə dəyişiklikləri , “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri müzakirə edəcək.
Parlamentin bürosu həmçinin təşkilati məsələləri də müzakirə edib.