Parlament MSK sədrini 14-18 fevral tarixlərindəki plenar iclaslar həftəsində seçəcək
Parlament MSK sədrini 14-18 fevral tarixlərindəki plenar iclaslar həftəsində seçəcək

 
Parlament MSK sədrini 14-18 fevral tarixlərindəki plenar iclaslar həftəsində seçəcək.
Bu gün keçirilən plenar iclasda MSK sədri seçilməli idi və bu məsələ gündəmə daxil edilmişdi, Lakin “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze səsvermənin təxirə salınması təşəbbüsü ilə çıxış edərək, səbəb olaraq lazımi kvorumu göstərdi.

Mdinaradze qeyd edib ki, parlament əksəriyyətinin 12 üzvü koronavirusa yoluxub və “Gürcü Arzusu” tərəfindən kadr qərarının verilməsi üçün lazımi səs olmayacaqdı.

Parlamentdə MSK sədri vəzifəsinə Qiorqi Kalandarişvili və Tenqiz Tevzadzenin namizədliyi irəli sürülüb.

Nizamnaməyə əsasən , səsvermə öncəsi prosedur həyata keçirilməlidir. Birinci səsvermədə 100, ikinci səsvermə halında 76 səsə ehtiyac var. 76 səs toplayan MSK sədri altı ay müddətinə, 100 səs toplayan isə beş il müddətinə seçiləcək.